Paşinyan ölkələrin onlara silah satmamasından gileyləndi

   Paşinyan ölkələrin onlara    silah satmamasından gileyləndi
  13 Sentyabr 2022    Oxunub:1073
Ermənistanın lazımi müdafiə silahlarını əldə etmək üçün maliyyə imkanları var. AzVision.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Silahların əldə edilməsi 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat. Birinci halda problem yoxdu. Siyasi komponentdə isə var. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Elələri də var ki, bunu etməyə hazırdırlar, lakin lazımi silahlara malik deyillər”, - Paşinyan dedi.

Nəqliyyat komponentinə gəlincə, baş nazir qeyd edib ki, təəssüf ki, Ermənistanın beynəlxalq satıcılardan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  



Xəbər lenti