Fransa sərhəddəki gərginliklə bağlı Təhlükəsizlik Şurasını çağırıb

   Fransa sərhəddəki gərginliklə bağlı Təhlükəsizlik Şurasını çağırıb
  13 Sentyabr 2022    Oxunub:1051
Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Yelisey Sarayından verilən açıqlamada deyilir. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron münaqişənin yalnız danışıqlar yolu ilə həllinə çağırmaqda davam edir.

Bildirilib ki, hər iki tərəflə təmasda olan Fransa prezidenti həmçinin atəşkəs rejiminə ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində Ermənistan tərəfinin təxribatının qarşısını qətiyyətlə alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti