KTMT-dan Bakı və İrəvana çağırış
Qeyd olunub ki, 2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə baş verən toqquşmada ölən və yaralananlar var. Qurum güc tətbiqini qəbuledilməz hesab edir və ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməli olduğunu bəyan edir.
Vurğulanıb ki, KTMT cari ilin sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


