Ermənistanın Fransız Universitetində bomba həyəcanı

   Ermənistanın Fransız Universitetində bomba həyəcanı
  14 Sentyabr 2022    Oxunub:641
Bu gün İrəvanda növbəti dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin(FHN) mətbuat ximəti məlumat yayıb.
Məlumata görə saat 08:50 radələrində FHN-nin Xilasetmə xidmətinin 911-ci Böhran İdarəetmə Mərkəzinə Kanaker-Zeytun inzibati rayonundan məlumat daxil olub. Qeyd edilir ki, məlumatda rayonda yerləşən Fransız Universitetinə bomba qoyulduğu deyilib.

Ermənistanda terror həyəcanı
Ermənistanın kriminal saytı olan "Shamshiyan"ın əməkdaşı hadisə yerində olub. O, bildirib ki, daxil olan siqnaldan dərhal sonra 2 xüsusi briqada, eləcə də Fövqəladə Hallar Nazirliyinin xüsusi əməliyyatçıları əraziyə cəlb ediliblər.

Hazırda universitetin binasında bomba axtaran mütəxəssislər işləyir. Sözügedən məkanda Ermənistanda Fransız Kolleci Fondu və Ermənistanda Avropa Universiteti də yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Terror   Ermənistan  



Xəbər lenti