Qırğızıstan-Tacikistan sərhədində atışma, ölən və yaralılar var

 Qırğızıstan-Tacikistan sərhədində atışma,  ölən və yaralılar var
  14 Sentyabr 2022    Oxunub:551
Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə Qırğızıstanın Batken vilayətinin Bulak-Başı kəndində baş verib. İnsident zamanı bir tacik sərhədçisi həlak olub, bir neçəsi isə yaralanıb.

Yaralıların dəqiq sayı açıqlanmır. Onlar xəstəxanaya yerləşdiriliblər. Son məlumata görə, sərhədçilər arasındakı atışma başa çatıb. Qırğızıstan tərəfdən minaatanlardan atəş açıldığı istisna edilmir.

Qeyd edək ki, Qırğızıstan hökuməti Tacikistanla sərhəddə baş verən atışmanın dayandırıldığını elan etmişdi. Hadisədən sonra vəziyyətin normallaşdırılması istiqamətində işlər davam etdirilir.

Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti