Paşinyanın impiçment tələbi böyüyür: Deputatlar da prosesə qoşulur

      Paşinyanın impiçment tələbi böyüyür:   Deputatlar da prosesə qoşulur
  14 Sentyabr 2022    Oxunub:631
"Parlament binası yaxınlığında toplaşan etirazçılar hakim partiyadan olan deputatların evlərinə gedərək onları baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa məcbur etmək niyyətindədir". AzVision.az xəbər verir ki, bunu hakimiyyətin istefası tələbi ilə təşkil olunan etiraz aksiyanın təşkilatçılarından olan Edqar Kazaryan deyib.
- Deputatlar xalqdan mandat alıblar və onların adından çıxış etməli, vətəndaşların mənafeyini qorumalıdırlar. Əgər hamımız dincliyi, sabitliyi itirmişiksə, o zaman onların dinc şəraitdə yaşamasına imkan verməyəcəyik, - Kazaryan qeyd edib.

Ermənilər Paşinyanın istefası tələbi ilə mitinq keçirirlər - VİDEO
O həmçinin bütün vətəndaşları aksiyaya qoşulmağa çağırıb. Çünki onun fikrincə, xalq üçün hazırda hər dəqiqə qiymətlidir və danışıqlar aparan şəxsin dəyişməsi ara sıra baş tutan döyüşlərdə və diplomatik arenada dönüşə səbəb ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti