Döyüşə tələsən könüllü qəzada ölüb? - İrəvanın itki oyunu

      Döyüşə tələsən könüllü qəzada ölüb?   - İrəvanın itki oyunu
  14 Sentyabr 2022    Oxunub:858
Ermənistanda 44 günlük müharibənin iştirakçısı olmuş keçmiş döyüşçü müəmmalı şəkildə ölüb. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hakim partiyanın Talin şəhər şurasının üzvü olan Mihran Asatryan adlı keçmiş döyüşçü könüllü kimi sərhədə, toqquşmaların baş verdiyi postlara gedərkən yol qəzasında ölüb. Ermənistan parlamentinin deputatı Vahaqn Aleksanyan faktı təsdiqləyib.

Erməni əsgər atasına yanlış ölüm xəbəri gətirdilər, özünü asdı
Maraqlıdır ki, sosial şəbəkələrin erməni seqmentində Asatryanın ölüm xəbərinə şübhə ilə yanaşılır. Ermənilər könüllü döyüşçünün sərhəddəki toqquşmalar zamanı öldüyünü iddia edirlər. Onun posta tələsərkən yolda "avtoqəza" nəticəsində ölməsi isə uydurulmuş hadisədir. İddiaya görə İrəvan itki sayını azaltmaq üçün bəzi könüllü və hərbçilərin ölüm xəbərini belə üsullarla yayacaq.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan 49 itkinin olduğunu açıqlasa da yerli media və ekspertlər ölü sayının 100-ə yaxın olduğunu iddia ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat   Könüllü  



Xəbər lenti