Kraliçanın ölümü ilə şahzadə qardaşlar barışdı
Böyük Britaniyanın kraliçası II Elizabetin ölümü səbəbi ilə Krallığa gələn Harri qardaşı ilə görüşüb. Keytin sözlərinə görə, kraı III Çarlz oğullarına belə bir məqamda barışmalı olduqlarını sözləyib.
Qeyd edək ki, 2020-ci ildə Harri həyat yoldaşı Meqan Markl ilə Böyük Britaniyanı tərk edərək, ABŞ-a yeni həyat qurmaq planları ilə yollanıb. Cütlük jurnalist Opra Uinfrinin verlişində gizli qalan bir çox sirlərin üstünü açıb. Səs-küyə səbəb olan müsahibədən sonra onların kral ailəsi ilə olan əlaqələri tamam kəsilib.
Hazırda şəhzadə Uilyam və Harri arasında xoş münasibətlərin nə qədər davam edəcəyi məlum deyil.
Şəms Şahinli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


