- Yeni müharibə başladı. Sizcə Ermənistan meydanda tək qalacaq? Müttəfiqlərimiz bizi dəstəkləməyəcək?
- İndiki Ermənistan Paşinyanın Avroatlantik məkana inteqrasiyasının nəticəsidir. Azərbaycana qarşı mübarizədə Ermənistana Avropa İttifaqı, ABŞ və ya Türkiyə kömək edəcəkmi? KTMT kömək edəcək? Kim xilas edəcək? Qalır bircə Rusiyanın sülhməramlı məsələsi ki, ondan da Paşinyan xilas olmağa çalışır və bunu BMT-yə çıxarmaqla edir. Ancaq onlar da xilas etməyəcəklər.
- KTMT niyə kömək etmir?
- Çünki KTMT üzvlərinin əksəriyyəti Bakının tərəfindədir və orada qərarlar konsensusla qəbul edilir.
- KTMT-də əsas diktə edən Kreml deyilmi?
- Xeyr, Kreml KTMT-də konsensusun necə əldə edilməsini diktə edə bilməz.
- Belə çıxır ki, Rusiya yaratdığı strukturda gündəmi diktə edə bilmir?
- Onu dinləmədikləri üçün diktə edə bilmir. Yoxsa siz demək istəyirsiniz ki, Kreml Paşinyanı Avropa Birliyi və ABŞ-la danışıqlar aparmağa məcbur edib? Kreml onu Ermənistanda Amerika biolaboratoriyalarını saxlamağa və Rusiyanın bayrağını açıq şəkildə yandıran şəxsi xarici işlər naziri təyin etməyə məcbur edib?
- KTMT-nin fəaliyyətsiz struktur olduğunu demək istəyirsiniz?
- KTMT ilin əvvəlində Qazaxıstanda uğur qazansa da, ölü təşkilatdır.
- Ermənistanın KTMT-dən başqa Rusiya ilə qarşılıqlı yardım haqqında müttəfiqlik sazişi var. Rusiya tərəfi bu müqavilə çərçivəsində Ermənistana kömək edə bilməzdimi?
- Bəli, yalnız ikitərəfli müqavilələr qüvvədədir. Paşinyan artıq Rusiya Federasiyasına Ermənistanın ərazi bütövlüyünün təmin edilməsində kömək istəyi ilə müraciət edib. Bu ifadənin dəlil bazası olması üçün Azərbaycanla normal sərhədə ehtiyacımız var. Hazırda bu belə deyil. Düşünürəm ki, uzun müddət heç belə də olmayacaq.
- Cənab Kolerov, sizcə burada siyasi şantaj elementləri varmı?
- Hansı şantajdan danışırsınız axı? Ermənistana dəqiq sərhədlər lazımdır. Ermənistanın Azərbaycanla rəsmi sərhədi yoxdur. Onunla bağlı danışıqlara belə başlanmayıb.
|
| "İran Rusiyanı vecinə almır, İrəvan isə tabutda görür" - Kolerov |
- Bakı İrəvanı hərbi təxribatlar törətməkdə ittiham edir. Lakin Rusiyanı da nadir hallarda dinləyir.
- Azərbaycanpərəst mövqe tutan KTMT-nin bir gün anti-Rusiya strukturuna çevriləcəyindən qorxmursunuz? Anladığım qədəri ilə Bakı artıq KTMT-də də lider mövqedədir. Kreml isə təşkilatın qərarlarına təsir edə bilmir.
- Kremlin Bakıya qısqanclıqla yanaşmasının mənası yoxdur. Rusiya ermənilərin əvəzinə Ermənistanı müdafiə etməyəcək.
- Biz demirik ki, bizi qoruyun. Soruşuruq ki, ikitərəfli qarşılıqlı yardım müqaviləsi niyə işləmir?
- Ona görə də sizə sual edirəm ki, bəs sizin rəsmi sərhədiniz haradadır? Göstərin mənə. O, hətta heç mövcud da deyil.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


