"Biz həqiqətən 200 hərbçi itirmişik" - Erməni deputat

   "Biz həqiqətən 200 hərbçi itirmişik" -    Erməni deputat
  14 Sentyabr 2022    Oxunub:1897
Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Akopyan ölkədə baş verən hərbi-siyasi böhrandan danışıb. AzVision.az xəbər verir ki, o, “Hraparak”ın suallarını cavablandırarkən bir sıra maraqlı nüanslara toxunub.
Erməni deputat cəbhədəki təxribatlarına görə artıq 200 hərbçi itirdiklərini etiraf edib.

- Cənab Akopyan, bizdə məlumat var ki, siz hazırda Rusiyadasınız.

- Bəli, mən indi Moskvadayam.

- Bəs sirr deyilsə, niyə getmisiz?

- Deyə bilmərəm.

- Artıq ikinci gündür ki, Ermənistan Azərbaycan sərhədində döyüşlər gedir, hökumət dairələri parlamentdə müxtəlif əhəmiyyətsiz məsələləri müzakirə edir, amma bu ən mühüm proseslərdən demək olar ki, danışmırlar....

- İndiki hakimiyyətdən başqa heç nə gözləmirdim...

- Vəziyyətdən çıxış yolu görürsünüzmü?

- Hakimiyyətdə oturanları elə indi qovmaq lazımdır.

Döyüşə tələsən könüllü qəzada ölüb? - İrəvanın itki oyunu
- Bəzi dairələrdə müxalifəti də günahlandırırlar. Deyirlər ki, sizlər son hadisələrə görə hakimiyyətin ətrafında birləşmədiniz.

- Nə qədər istəyirlər söysünlər.

- Amma onların sıralarında sizə səs verən vətəndaşlar da var.

- Onlar məni niyə günahlandırırlar axı?

- Nikol Paşinyan 49 itkinin olduğunu dedi. Zəngəzurdan məlumatınız varmı?

- Nə 49? Ölü sayı 200 - ü keçib. Bizim həqiqətən də 200-dən çox qurbanımız var.

- Bəs bu gərgin vəziyyət genişmiqyaslı müharibəyə çevrilə bilərmi?

- İndiki mərhələdə yox. Azərbaycanlılar Nikol Paşinyan və onun hökumətinin hər şeyi təhvil verməyə hazır olduğunu anlayırlar. Amma heç nəyi istisna etmirəm.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   Parlament  



Xəbər lenti