Məsələn, “Razminfo” saytının rəhbəri Karen Vrtanesyan deyib ki, xalq artıq Paşinyanın uğursuzluqlarından tükənib.
- Nikol sözdə qürur hissi ilə hakimiyyətə gəldi. Amma əməldə məğlubiyyəti Ermənistanın brendinə çevirdi. O, nəinki erməni kapitulyasiyasını brendə çevirdi, həm də çoxlarını inandırdı ki, sən demə bu həmişə belə olub... Nikol sülh vədi ilə yenidən baş nazir seçildi. Lakin çoxlarının xəbərdar etdiyi kimi, bu, yalan vəd idi. Müharibə davam edir və biz yenə uduzuruq.
Nə qədər ki, Nikol ölkəyə rəhbərlik edir, bizim qalib gəlmək şansımız olmayacaq. Siyasətin sizə dəxli olmadığına əmin olana qədər türkün zəfərləri davam edəcək. Ya Nikol, ya Ermənistan, alternativ yolumuz yoxdur, - Vrtanesyan deyib.
Tural Tağıyev
AzVision.az