Ermənistan parlamentində dava düşdü - VİDEO

   Ermənistan parlamentində dava düşdü -    VİDEO
  15 Sentyabr 2022    Oxunub:1375
Bu gün Ermənistan parlamentində dava düşüb.
AzVision.az xəbər verir ki, "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyanın çıxış edərkən hakimiyyət əleyhinə sərt ifadələr sələndirib.

"Nikol rusların yerinə BMT sülhməramlılarını gətirmək istəyir"
“Mən bura on minlərlə soydaşımızın, bir neçə saat ərzində kortəbii şəkildə Baqramyan prospektinə axışan insanların sözlərini sizə çatdırmaq üçün gəlmişəm. Dövlətçiliyin məhv edilməsi təhlükəsi ilə üz-üzəyik. Dəhşətli vəziyyət yaranıb. Yalnız bir çıxış yolu var: yeni hökumət, yeni hakimiyyət, bizi bu vəziyyətdən çıxara biləcək yeni baş nazir gəlsin. Nikolu xilas etməyin vaxtı deyil. Vətəni xilas etməyin vaxtıdır... Bir anlıq düşünün ki, hamınıza satqın damğası vurulacaq”, - deputat parlament üzvlərinə müraciət edib. Bundan sonra parlamentdə vəziyyət gərginləşib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Deputat  



Xəbər lenti