KTMT missiyası sentyabrın 15-i İrəvana gedəcək

 KTMT missiyası sentyabrın 15-i İrəvana gedəcək
  15 Sentyabr 2022    Oxunub:951
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası bu gün axşam İrəvana gedəcək".AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
"Bugünkü tədbirimizin sonunda mən aerodroma yola düşürəm və Birgə Qərargahın bir qrup rəsmisi ilə Ermənistan Respublikasına uçuram. Buraya KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir və bu gün axşam saatlarında biz İrəvanda olacağıq".

Eyni zamanda, Sidorov vurğulayıb ki, missiyanın göndərilməsi təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb və KTMT-yə üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib.

Birləşmiş Qərargah rəhbərinin qeyd etdiyi kimi, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistana gedəcək.

“Missiya formalaşıb, ona Baş katib və Birləşmiş Qərargah rəisi rəhbərlik edir, lakin baş katibin hazırda digər ciddi beynəlxalq tədbirlərdə iştirak etdiyini nəzərə alaraq onun Ermənistana gedişi daha gec olacaq, gələn həftə gözlənilir”, - Sidorov bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti