"Görüşə əriniz gəlsin" - Koçaryan əsgər anasını aşağıladı

   "Görüşə əriniz gəlsin" -    Koçaryan əsgər anasını aşağıladı
  15 Sentyabr 2022    Oxunub:1346
Xəbər verdiyimiz kimi dünəndən başlayaraq Ermənistan parlamentinin qarşısında etiraz aksiyaları keçirilir. Baqramyan prospektinə toplaşan etirazçıların əksəri müharibədə öldürülmüş erməni əsgərlərin valideynləri olublar.
Müharibədə ölən hərbçilərin yaxınları ilə bağlı yaradılmış "5165" hərəkatının rəhbəri, Karin Tonoyan etirazçıları deputatların evlərinə yönəltməyə çalışıb. O, bundan sonra aksiyaların deputatların evləri qarşısında keçirilməsini tələb edib. Bu gün isə hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Andranik Koçaryan parlamentin tribunasında çıxışı zamanı Tonoyanın çağırışlarına sərt şəkildə cavab verib.

- Hər kəs bizim ünvanlarımızı axtarır. Xanım Karin Tonoyan da bizə ləkə atmağa çalışır... Əgər mənim ünvanıma ehtiyacınız varsa, bunu ondan soruşmayın. Tonoyan, əgər əriniz varsa, mənimlə görüşə əriniz gəlsin, - Koçaryan deyib.

Karin Tonoyan da Koçaryandan geri qalmayaraq onu aşağılayıb. O, öz Facebook səhifəsində deputata cavab statusu yazıb.

“Andranik Koçaryan, səni yaxşı müəllim tərbiyə etməyib, özünü zibil kimi aparırsan. Qarşında hansısa qadın yox, müharibədə ölən bir uşağın anası dayanıb. İrəli çıxıb analarla danışın”, - statusda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti