BMT Baş Katibi Qırğızıstan və Tacikistanı dialoqa dəvət edib

BMT Baş Katibi Qırğızıstan və Tacikistanı dialoqa dəvət edib
  17 Sentyabr 2022    Oxunub:751
BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.

"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.

AzVision.az



Teqlər: Quttereş   Qırğızıstan   Tacikistan  



Xəbər lenti