Türkiyədə yük gəmisi batıb - VİDEO

   Türkiyədə yük gəmisi batıb -    VİDEO
  18 Sentyabr 2022    Oxunub:1480
Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.
AzVision.az verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.

Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.

Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır.

Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.



AzVision.az


Teqlər:



Xəbər lenti