Bayden Çini hədələdi

   Bayden Çini hədələdi
  18 Sentyabr 2022    Oxunub:1113
ABŞ prezidenti Co Bayden Pekinin Rusiyanı dəstəklədiyi təqdirdə Çini iqtisadiyyata investisiyaları dayandırmaqla hədələyib. Amerika lideri bu barədə CBS telekanalında açıqlama verib.
Bayden bildirib ki, Çin prezidenti Si Cinpin telefon danışığı zamanı ona Rusiyaya qarşı sanksiyaların şərtlərini pozacağı təqdirdə ölkəyə Amerikanın və digərlərinin investisiyalarının dayandırılması riskindən danışıb.

“Mən prezident Siyə zəng vurdum və dedim: “Əgər siz düşünürsünüzsə ki, amerikalılar və başqaları Rusiyaya qarşı sanksiyaları pozaraq Çin iqtisadiyyatına sərmayə qoymağa davam edəcəklər, deməli, böyük səhv edirsiniz”, - Bayden deyib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti