"Biz də ruslar kimi İran "Şahed"ləri əldə etməliyik" - Voskanyan

   "Biz də ruslar kimi İran "Şahed"ləri əldə etməliyik" -    Voskanyan
  19 Sentyabr 2022    Oxunub:1509
Xəbər verdiyimiz kimi Rusiyanın Ukrayna müharibəsində artıq iran dron və PUA-larından istifadə etməsinə dair məlumatlar yayılır.
Bu gün isə Ermənistan mediasında diqqət çəkən bir təhlil dərc edilib. İranşünas Vardan Voskanyan yazıb ki, İrəvan Tehrandan çoxdan belə silahlar almalı idi.

İranın dronuna möhtac Rusiya – TƏHLİL
"İran "Şahed-136"-larının Rusiya tərəfindən Ukrayna müharibəsində ciddi rol oynamağa başlaması, demək olar ki, artıq şübhə doğurmur. Ukrayna komandirləri də "Şahed"lərin vurduğu zərər və ziyanları xüsusi qeyd edirlər. Onlar Ukrayna silahlı qüvvələrinin hərbi texnikalarına zərər vurmaqda davam edirlər.

Ermənistan-İran dostluq münasibətləri, üst-üstə düşən geosiyasi maraqlar, ümumi "minillik" sərhəd və s. amilləri nəzərə alsaq, İrandan bu cür və digər qabaqcıl silahlar almamağın heç bir məntiqi izahı və ya əsası ola bilməz”, - Voskanyan İrəvanın Tehrandan məlum sialhlar almamasından gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Rusiya   Ukrayna  



Xəbər lenti