Nüvə fəlakəti getdikcə daha real görünür: Ukrayna dünyaya müraciət etdi
"Bu gecə Cənubi Ukrayna Atom Elektrik Stansiyasına raket hücumu həyata keçirilib. Rusiya çarəsiz halda Avropaya enerji şantajı edir, heç olmasa müəyyən güzəştlərə nail olmaq üçün dünyanı nüvə fəlakətinin astanasına qoyur. Biz Rusiyanın enerji aqressiyasına qarşı Avropanın dayanıqlılığını görürük. Lakin Ukraynada rus nüvə terrorunun dayandırılması zərurəti yaranıb. “Nüvə qışı” başlasa, elektrik enerjisinin yüksək qiymətləri problemi aktuallığını itirəcək”, - Qaluşenko vurğulayıb.
Onun sözlərinə görə, dünya nəhayət, terrorçu ölkəyə sərt cavab verməlidir.
"Hələ gec deyil və nüvə fəlakəti yalnız təhlükədir. Təəssüf ki, hər gün daha da real görünür", - nazir yazıb.
Xatırladaq ki, Cənubi Ukrayna Atom Elektrik Stansiyasının ərazisi gecə saatlarında atəşə tutulub. Atılan raket nüvə reaktorlarından 300 metr kənara düşüb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


