Koçaryan erməniləri "Moskva"ya topladı

   Koçaryan erməniləri    "Moskva"ya    topladı
  19 Sentyabr 2022    Oxunub:1161
Bu gün Ermənistanın eks-prezidenti, hərbi cani Robert Koçaryan hakimiyyətdən narazı vətəndaşlarla görüş keçirib. AzVision.az xəbər verir ki, yerli media bu görüşün bir sıra simvolik məna daşıdığını yazıb.
Çünki Koçaryan vətəndaşları "Moskva" adlı kinoteatrın qırmızı zalına toplayıb. Bura gələnlər isə bir neçə gün öncə parlamentin qarşısında keçirilən və kortəbii şəkildə təşkil olunmuş aksiyanın iştirakçıları olublar. Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryanın ofisinin yaydığı məlumata görə, hərbi cani yaxın günlərdə geniş mətbuat konfransı da keçirəcək.

Hərbi cani Koçaryan etiraz edən kütlədən niyə qaçır?
Xatırladaq ki, son günlər erməni mediası yaranmıs hərbi-siyasi böhran fonunda Koçaryanın ortalıqda olmamasının səbəblərini araşdırıb. Bəzən bu eks-prezidentin səhhəti ilə əlaqələndirilsə də, bir sıra saytlar müxalifətin sosial bazasının aşağı düşdüyünü də yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Koçaryan   Ermənistan  



Xəbər lenti