Almaniya Polşa arasında gərginlik böyüyür

   Almaniya Polşa arasında gərginlik böyüyür
  19 Sentyabr 2022    Oxunub:951
Polşa hakimiyyəti Almaniya kansleri Olaf Şoltsun Polşa-Almaniya sərhədlərinə yenidən baxılması ilə bağlı bəyanatı ilə bağlı rəsmi Berlindən açıqlama gözləyir.
AzVision.az xəbər verir ki, bunu Polşa televiziyasının efirində Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox deyib. Onun sözlərinə görə, Almaniya kanslerin bəyanatına aydınlıq gətirməsə Polşa bunu təhdid kimi qəbul edə bilər. Solox bildirib ki, kanslerin bəyanatı İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə Polşanın Almaniyadan tələb etdiyi kompensasiyaların müzakirəsi fonunda edilib:

“Bu təsadüfi deyil. Bunun nəinki ört-basdır etmək, həm də Almaniya tərəfdən ətraflı izahat vermək cəhdi olmadan buraxılması ən pis assosiasiyaları təhrik edə bilər”.

Ayasofya Nəzəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti