Kral III Çarlz şahzadələri idarəçilikdən uzaqlaşdırmaq istəyir

   Kral III Çarlz şahzadələri idarəçilikdən uzaqlaşdırmaq istəyir
  19 Sentyabr 2022    Oxunub:1063
Kral III Çarlz şahzadə Harri və şahzadə Endryunu rəsmi müavinləri statusundan məhrum etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb. Nəşrin məlumatına görə, Böyük Britaniyanın yeni kralı ölkədə olmadığı və ya fəaliyyət qabiliyyətini itirdiyi halda onu kimin əvəz edə biləcəyi ilə bağlı qanuna dəyişiklik etməyi planlaşdırır. Nəticədə York hersoqu və Sasseks hersoqu kral ailəsinin hazırkı üzvləri olmadığı üçün kralın xəstəliyi halında onun rəsmi müavinləri vəzifələrindən azad ediləcəklər.

Ehtimal olunur ki, III Çarlz “bacardığı qədər” qanunda dəyişiklik etməyə nail olmaq niyyətindədir və bu vəzifələrə bacısı Şahzadə Anna və kiçik qardaşı Şahzadə Edvardı təyin edə bilər.

Qanuna əsasən, monarxın həyat yoldaşı və onun yetkinlik yaşına çatmış dörd varisini rəsmi iş üzrə dövlət müşaviri adlandırmaq olar. Kraliça II Yelizaveta sağ olarkən bu rolları Çarlz, Şahzadə Uilyam, Şahzadə Harri və Şahzadə Endryu icra edirdilər.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti