Serbiya ABŞ-la enerji sahəsində strateji əməkdaşlıq edəcək

Serbiya ABŞ-la enerji sahəsində strateji əməkdaşlıq edəcək
  19 Sentyabr 2022    Oxunub:751
Serbiyanın hakimiyyət orqanları ABŞ rəhbərliyi ilə birlikdə energetika sahəsində əməkdaşlıq, o cümlədən Dunayda yeni su elektrik stansiyasının tikintisinə dair saziş hazırlayır.
AzVision.az xəbər verir ki, bunu Serbiyanın dağ-mədən və energetika naziri Zorana Mixayloviç bildirib.

“Serbiya enerji keçidinin başlanğıcındadır, biz təmiz enerji istehsalını artırmaq və enerji təhlükəsizliyinə nail olmaq istəyiriksə, bu prosesdə bizdən qabaqda olanların təcrübəsinə və biliyinə ehtiyacımız var”-deyə, o bildirib. Onun sözlərinə görə, müqavilə bir ildən artıqdır ki, hazırlanırdı.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti