Avropalılar “enerji böhran”ından çıxmaq üçün türk otellərini bron edir

   Avropalılar “enerji böhran”ından çıxmaq üçün türk otellərini bron edir
  19 Sentyabr 2022    Oxunub:759
Enerji böhranı ilə əlaqədar avropalılar qış üçün Türkiyədə otel nömrələrini bron etməyə başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə “A Haber” telekanalının efirində məlumat verilib. Kommunal hesabları 10 dəfədən çox artan və “qaz böhranı” şəraitində “birlikdə duş almağa” çağırılan avropalılar qışı keçirmək üçün Türkiyənin otellərinə axışacaq. Artıq noyabr ayı üçün sifarişlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50% artıb.

“Anadolu Tur Operatorları Birliyi”nin idarə heyətinin üzvü Ferhan Ademhanın sözlərinə görə, Türkiyə kurortlarında məşğulluq tələbə uyğun olaraq artacaq. Bundan əlavə, işsizlik səviyyəsinin azalması ilə vətəndaşların rifahı yalnız artacaq.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti