Quterreş: “Rusiya nümayəndələrinə viza verilməsi üçün mübarizə apardım”

   Quterreş:    “Rusiya nümayəndələrinə viza verilməsi üçün mübarizə apardım”
  19 Sentyabr 2022    Oxunub:783
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş təşkilatın baş qərargahının ABŞ-dan köçürülməsini real hesab etmir.
AzVision.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.

“Ev sahibi ölkə bütün digər ölkələrin nümayəndə heyətlərinin BMT-yə gəlməsi və təşkilat daxilində işləməsi üçün onlara giriş icazəsi verməyə borcludur. Bizim bu mövqeyimiz çox aydındır. Mən Rusiya nümayəndə heyətlərinin üzvlərinə viza verilməsi üçün inadla mübarizə apardım”, - deyə baş katib bildirib.

Ayasofya Nəzəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti