Gürcüstan İrəvan və Bakı arasında vasitəçiliyə hazırdır - XİN

   Gürcüstan İrəvan və Bakı arasında vasitəçiliyə hazırdır -    XİN
  20 Sentyabr 2022    Oxunub:775
Gürcüstan Ermənistanla Azərbaycan arasında keçən həftə sərhədində gərginliyin yaşandığı münaqişənin həllində hələ də vasitəçi kimi çıxış etməyə hazırdır. Bunu jurnalistlərə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlya Darçiaşvili deyib.
“Gürcüstan hər zaman cənub qonşularımıza ölkəni sülhün möhkəmləndirilməsi istiqamətində dialoqa başlaya biləcəkləri yer kimi təklif etməyə hazır olub.Bu mənada ölkəmizin təklifi yenidən qüvvədədir.

Ölkəmizin prosesə vasitəçi kimi cəlb olunması zərurəti yaranarsa, biz həmişə hazırıq”, - Gürcüstan XİN rəhbəri bildirib.

O əlavə edib ki, Gürcüstanın bununla bağlı heç bir ilkin şərti yoxdur. Tbilisinin əsas məqsədi regionda sülh və sabitlikdir.

Darçiaşvili xatırladıb ki, Qaribaşvilinin səyləri sayəsində 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu göndərib, İrəvan isə Bakıya mina sahələrinin xəritələrini göndərib. Gürcüstanın vasitəçiliyinə daha bir nümunə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında iyulun 16-da Tbilisidə baş tutan görüşdür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti