Aİ-dan Ukraynaya 5 milyardlıq makromaliyyə yardımı

   Aİ-dan Ukraynaya 5 milyardlıq makromaliyyə yardımı
  20 Sentyabr 2022    Oxunub:813
Aİ Şurası çərşənbə axşamı Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.
“Aİ Şurası bu gün Ukraynaya əlavə 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını rəsmən təsdiqləyib”,-bəyanatında bildirib.

Şura qeyd edib ki, Aİ liderləri iyunun 23-24-də keçirilən sammitdə ilin birinci yarısında Kiyevə köçürülmüş 10 milyard avrodan əlavə Ukraynaya 9 milyard avro makromaliyyə yardımı vəd ediblər.

Bu 9 milyard avronun 1 milyardı artıq Ukraynaya köçürülüb. Gözlənildiyi kimi, qalan vəsaitin ayrılması ilə bağlı müzakirələr oktyabrın əvvəlində başlayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti