Koçaryanın işi üzrə məhkəmə iclası təxirə salınıb

   Koçaryanın işi üzrə məhkəmə iclası təxirə salınıb
  20 Sentyabr 2022    Oxunub:661
Ermənistanın eks-prezidenti Robert Köçəryanın işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Deputat Armen Gevorqyanın (eyni işdə iştirak edən) vəkili Lusine Saakyanın iclasda iştirak etməyib. Hakim Danibekyan bildirib ki, vəkil səhhətində problem olduğunu bildirib və tibbi arayış təqdim edib. Danibekyan onu da bildirib ki, məhkəmə deputat Armen Gevorkyana sentyabrın 21-28-də parlament nümayəndə heyətinin tərkibində ölkəni tərk etməyə icazə verib.
Növbəti iclas oktyabrın 4-nə təyin edilib.

Xatırladaq ki, bir cinayət işi çərçivəsində Koçaryan xüsusilə külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

İş materiallarına görə, eks-prezident kəşfiyyat şirkəti olan TSSC Armenia-nın səhmlərinin 100%-nin xarici şirkətə satılmasına şərait yaradıb. O, biznesmen Samvel Mayrapetyanın vasitəçiliyi ilə Abmartsumyandan “təşəkkür” olaraq 3 milyon dollar alıb.

Şahanə Rəhimli


Teqlər:



Xəbər lenti