KTMT-nin baş katibi bu gün Ermənistana gəlir

   KTMT-nin baş katibi bu gün Ermənistana gəlir
  20 Sentyabr 2022    Oxunub:666
KTMT-nin baş katibi Stanislav Zas sentyabrın 20-də Ermənistana gələcək. KTMT baş katibinin səfərinin hazırlanması ilə bağlı müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Sənəddə deyilir ki, Stanislav Zas sentyabrın 20-25-də Ermənistanda olacaq.

Qeyd edək ki, sentyabrın 13-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.

General-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti