İspaniyanın Baş naziri BMT-də islahatlara çağırıb

   İspaniyanın Baş naziri BMT-də islahatlara çağırıb
  20 Sentyabr 2022    Oxunub:825
İspaniyanın Baş naziri Pedro Sançes BMT-də ciddi islahatlara çağırıb və Avropanın enerji sistemini işləməyən bazar adlandırıb.
Bu barədə “Politico” nəşri məlumat yayıb. Siyasətçi vurğulayıb ki, Ukraynadakı münaqişə BMT sistemində ciddi islahatlara ehtiyacın olduğuna əsas sübutdur.

Sançes Nyu-Yorkda keçiriləcək BMT-nin Ərzaq Təhlükəsizliyi Sammitində fəal iştirak etməyi planlaşdırır. O, görüşə toplaşan liderləri proqramların təkrarlanmasına yol verməməklə yanaşı, ərzaq böhranına çoxşaxəli cavab verməyə çağıracağını söyləyib. Onun sözlərinə görə, Avropanın enerji sistemi hazırda “işləməyən bazardır”.


AzVision.az


Teqlər:



Xəbər lenti