Şoyqu itkiləri açıqladı - 5937

   Şoyqu itkiləri açıqladı -    5937
  21 Sentyabr 2022    Oxunub:723
"Xüsusi hərbi əməliyyat zamanı Rusiyanın itkiləri 5937 nəfər təşkil edib". AzVision.az
xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
"Mən deyə bilmərəm ki, biz uzun müddətdir bu barədə danışmırıq: itkilərimiz haqqında. Xüsusi əməliyyatda itkilərimiz 5937 nəfər təşkil edib", - Şoyqu bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, hərbçilər öz vəzifələrini cəsarətlə yerinə yetirirlər. Eyni zamanda o, həkimlərin əməyini xüsusi qeyd edib. “Yaralıların 90%-dən çoxu xidmətə qayıdıb”, o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti