KTMT missiyası İrəvanda Qriqoryanla görüş keçirir

   KTMT missiyası İrəvanda Qriqoryanla görüş keçirir
  21 Sentyabr 2022    Oxunub:840
KTMT-nin Ermənistandakı missiyası İrəvanda Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirir.
Bu barədə çərşənbə günü KTMT-nin Telegram kanalında yayılan məlumatda deyilir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasın rəhbərliyi ilə KTMT missiyası İrəvanda öz işinə başlayıb.Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirilir”,- deyə təşkilatdan bildirilib.

Baş katibin rəhbərlik etdiyi KTMT missiyası təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən çərşənbə axşamı Ermənistana gəlib.

Missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin rəhbərlərinə regiondakı vəziyyətlə bağlı hesabat hazırlamaq və Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdə gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi durur.

Bazar ertəsi KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi təşkilatın missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti