NATO vəziyyətə nəzarət edir- Stoltenberq

   NATO vəziyyətə nəzarət edir-    Stoltenberq
  21 Sentyabr 2022    Oxunub:692
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyanın nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik görmür, lakin vəziyyətə nəzarəti davam etdirir.
"İndiyədək biz nüvə qüvvələrinin hazırlığında heç bir dəyişiklik müşahidə etməmişik, lakin biz diqqətlə izləyirik və sayıq qalırıq", - o, Reuters agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyada qismən səfərbərlik elan edilməsi fonunda NATO sayıq qalmaqda davam edəcək və Ukraynaya kömək edəcək.

Qeyd eedək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində bildirib ki, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə ediləcək.

"Qərbin məqsədi bizi parçalamaq, məhv etməkdir. Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib. Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti