Bayden Ukrayna taxılının ixracı müqaviləsini uzatmağa çağırıb

   Bayden Ukrayna taxılının ixracı müqaviləsini uzatmağa çağırıb
  21 Sentyabr 2022    Oxunub:685
ABŞ prezidenti Co Bayden Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanın uzadılmasının lazım olduğunu bildirib. BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından çıxış edən prezident bütün ölkələri ixracı məhdudlaşdırmamağa və ya normadan çox taxıl ehtiyatları yaratmamağa çağırıb.
"Biz sövdələşmənin uzadılmasını təmin etməliyik. Eyni zamanda ölkələri ərzaq ixracına qadağa qoymamağa və taxılı anbarlarda saxlamaqdan çəkinməyə çağırırıq", - o deyib.

Bayden həmçinin iddia edib ki, ABŞ sanksiyaları Rusiyaya “əngəlsiz qida və gübrə ixrac etmək” imkanı verir.

AzVision.az



Teqlər:



Xəbər lenti