Belarus səfərbərlikdən gizlənən rusları izləməyə başlayıb

   Belarus səfərbərlikdən gizlənən rusları izləməyə başlayıb
  22 Sentyabr 2022    Oxunub:288
Belarus təhlükəsizlik qüvvələri qismən səfərbərlikdən gizlənməyə çalışan rusları izləməyə başlayıb. Bu barədə “Naşa Niva” nəşri məlumat yayıb.
“İndiyədək şifahi sifarişlər səviyyəsində mənzillərin bir günlük monitorinqi, ev sahibləri ilə əlaqə saxlanılması tapşırılıb.

Həyətlərdə rus nömrəli yeni avtomobillərin də izlənilməsi tapşırılıb. Məlumat toplanılmalı, sənədlər yoxlanılmalıdır”, - əməliyyatçılardan biri bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərliyin başlanması ilə bağlı bəyanatla ruslara müraciət edib. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 300 min ehtiyatda olan hərbçi hərbi xidmətə çağırılır ki, bu da Rusiyanın ümumi səfərbərlik resursunun təxminən 1 faizini təşkil edir.

Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində bildirib ki, hökumət hazırda sənəd hazırlayır, ona əsasən ruslardan hansının qismən səfərbərlikdən möhlət alacağı müəyyənləşəcək.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti