ABŞ Türkiyə banklarını sanksiyalarla hədələyir

   ABŞ Türkiyə banklarını sanksiyalarla hədələyir
  23 Sentyabr 2022    Oxunub:1003
ABŞ Türkiyə banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
“Ankara və Moskva arasındakı münasibətlərə müdaxilə etməkdən çəkinməyən ABŞ türk banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir”, - nəşr yazır.

Məqalə müəllifləri qeyd edirlər ki, yalnız BMT-nin tətbiq etdiyi sanksiyaları tanıyan Ankaranın mövqeyi uzun illərdir ki, dəyişməz qalıb. Nəşr yazır ki, Türkiyənin Ziraat, Halk və Vakif bankları "Mir" kart sahibləri ilə əməkdaşlığı davam etdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti