Özbəkistan “Mir” kartlarının xidmətini dayandırıb

  Özbəkistan “Mir” kartlarının xidmətini dayandırıb
  23 Sentyabr 2022    Oxunub:651
Sentyabrın 23-dən “Uzcard” Vahid Respublika Prosessinq Mərkəzi texniki səbəblərə görə “Mir” ödəniş sisteminin kartlarının, o cümlədən xaricdə birgə nişanlı kartlarının qəbulunu dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Uzcard-ın mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Uzcard-"Mir" birgə nişanlı kartları Özbəkistan ərazisində adi qaydada fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ Türkiyə banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti