Toyota Rusiyadakı zavodunu bağlayır
Bildirilir ki, ki, hazırkı qərar ritmik çatdırılmaların bərpa oluna bilməməsi ilə bağlıdır. Rusiya Federasiyasına markalı avtomobillərin idxalı hələ də dayandırılıb.
Şirkət Moskva ofisinin fəaliyyətini də optimallaşdırır. Mənbələrin fikrincə, şirkət həm zavodun, həm də ofisin işçiləri ilə "normal" ayrılmaq istəyir - onlara artan ödənişlər təklif olunacaq. “Kommersant”ın bir sıra həmsöhbətləri 12 -ci maaşdan başlayacaqlarını deyirlər.
Rusiyada Toyota istehsalı 2007-ci ildə başlayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


