4 rayona dolu düşdü

 4 rayona dolu düşdü
  05 May 2014    Oxunub:1044
Mayın 4-də Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına güclü dolu düşüb.
AzVision.az xəbər verir ki, saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfata- meyvə ağacları və taxıl sahələrinə ziyan vurub.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyü, habelə avtomobillər də müəyyən ziyan görüb.

Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.

Yerli sakinlər belə dolu yağışının uzun illərdir, müşahidə olunmadığını bildirirlər. (APA)


Teqlər:





Xəbər lenti