Bu gün 30 dərəcə isti olacaq

Bu gün 30 dərəcə isti olacaq
  05 May 2014    Oxunub:960
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bverilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 10-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 9-14 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti