Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq

   Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq
  23 Sentyabr 2022    Oxunub:604
"Türkiyə Donbasda keçirilən “referendum”un nəticələrini tanımayacaq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib

O qeyd edib ki, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır: "Biz bu müharibədə Ukraynanın yanındayıq. Krım məsələsində olduğu kimi, hazırda keçirilən “referendum”un da nəticələrini tanımayacağıq".

Kalın vurğulayıb ki, müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Onun fikrincə, müharibə uzun müddət davam edəcək.

Türkiyə rəsmisi, həmçinin bildirib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyalardan türk bankları və iqtisadiyyatı vasitəsi ilə yayınmır, bu iddiaların heç bir əsası yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti