Belarus taxıl ixracına qadağanı altı ay uzadıb
“Belarusdan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan dövlətlərə əlavəyə uyğun olaraq malların ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.
Belarus həmçinin taxılın respublikadakı AİB gömrük ərazisindən kənara çıxarılmasını qadağan edib. Qadağa həmçinin malların ixrac, müvəqqəti ixrac, gömrük ərazisindən kənarda emal və təkrar ixrac üçün gömrük prosedurları altında yerləşdirildiyi zaman da qüvvədə olacaq.
İxracı qadağan edilənlər siyahısında sadalananlarla yanaşı, yulaf, qarğıdalı, darı, tritikale də var. Taxıl ixracına qadağa altı ay müddətində qüvvədə olacaq. Sonuncu dəfə Belarus taxıl ixracına bu ilin martında müvəqqəti qadağa tətbiq edib.
AzVision.az
Teqlər: