Etirazlarda 35 nəfər ölüb - İran dövlət televiziyası
Xəbərdə ölənlərin dəqiq sayının rəsmi orqanlar tərəfindən açıqlanacağı qeyd edilib.
İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub. Etirazlar Tehran, Senendec, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bənder Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiyə, Kazvin, Zəncan, Mazenderan, Həmədan başda olmaqla bir çox şəhərlərə yayılıb.
AzVision.az
Teqlər: