"Ukraynada ilk dəfə olaraq "Mohajer-6" çoxməqsədli zərbə PUA-sı vurulub. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Cənub" Hava Komandanlığının zenit-raket qüvvələri İran istehsalı olan PUA-nı sıradan çıxararaq səmadan endiriblər. O, kəşfiyyat, müşahidə, zərbə və digər hərbi məqsədlər üçün nəzərdə tutulub", - nəşr yazıb.
İranın PUA-ları Ukraynada vəziyyəti dəyişə bilərmi? - ARAŞDIRMA |
Xatırladaq ki, bu gün Ukraynada İran istehsalı olan 2 PUA - nın vurulması barədə video görüntülər yayılmışdı.
Qeyd edək ki, hələ avqust ayının sonlarında “The Washington Post” hərbi mənbələrə istinadən İran PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını yazmışdı. Bildirilirdi ki, Tehran Rusiya tərəfinə radiolokasiya stansiyaları, artilleriya və digər hərbi obyektlərə hücumlar üçün sursat daşımaq qabiliyyətinə malik ən azı üç növ PUA verib. Söhbət "Mohajer-6" və "Şahed" seriyalı cihazlardan gedir.
Tural Tağıyev
AzVision.az