İranda "Starlink"lə internet aktiv edildi

   İranda "Starlink"lə internet aktiv edildi
  24 Sentyabr 2022    Oxunub:918
Amerikalı iş adamı, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask İranda "Starlink"in aktiv edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, "Starlinki aktivləşdiririk", deyə Mask ABŞ dövlət katibi Entoni Blinkenin İranda internetlə bağlı yazdığı - "Biz bu gün İran hökumətinin senzurasına qarşı xalqın rəqəmsal kommunikasiyalara daha geniş çıxışını təmin etmək üçün "Ümumi Lisenziya" verərək İran xalqının internet azadlığını və sərbəst məlumat axınını inkişafı naminə bir addım atdıq - paylaşımının altından yazıb.

Qeyd edək ki, İlin Mask İrana internet rabitə xidmətlərinin verilməsi üçün ABŞ Maliyyə Nazirliyindən icazə alıb.



AzVision.az


Teqlər:





Xəbər lenti