Hindistanda güclü leysan və ildırım 36 nəfərin həyatına son qoyub

Hindistanda güclü leysan və ildırım 36 nəfərin həyatına son qoyub
  24 Sentyabr 2022    Oxunub:666
Hindistanın şimalındakı Uttar Pradeş ştatında son sutka ərzində güclü leysan və ildırım çaxması səbəbindən azı 36 nəfər ölüb.
AzVision.az bu barədə "xarici mediaya istinadən xəbər verir.

Belə ki, leysan zamanı evlərin uçması nəticəsində azı 24 nəfər ölüb. Qalan 12 nəfər isə ildırım vurması nəticəsində həyatını itirib. Bundan əlavə, daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təkcə son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər dünyasını dəyişib.

Hindistanda yağıntılı hava iyundan sentyabr ayına qədər davam edir. Meteoroloqlar ildırım çaxmalarını temperaturun artması ilə əlaqələndirirlər.

AzVision.az



Teqlər: Hindistan   Leysan  





Xəbər lenti