Ukrayna Ombudsmanı: “Əsirlikdə olanlar BQXK nümayəndəsini görməyiblər”

  Ukrayna Ombudsmanı:  “Əsirlikdə olanlar BQXK nümayəndəsini  görməyiblər”
  24 Sentyabr 2022    Oxunub:677
“Azad etdiyimiz hərbi əsirlərin heç biri Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsini görməyib. Bu, pozuntudur. Məncə, bu, Komitənin mandatının yerinə yetirilməməsidir və biz baş verənləri ictimaiyyətə çatdırmalıyıq”.
AzVision.az Ukraina mediasına istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets deyib.

O bildirib ki, oktyabrın əvvəlində Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyi ilə görüşü planlaşdırır.

Ombudsman BQXK-nin nümayəndələrinin Mariupol şəhərinin müdafiəçiləri qarşısında öhdəlik götürdüklərini, onların mandatının isə Rusiyanı Cenevrə Konvensiyalarına əməl etməyə məcbur etdiyini vurğulayıb.

“Onlar Mariupoldakı “Azovstal”dan qəhrəmanlarımızın çıxarılması zamanı iştirak ediblər və öz mandatlarına uyğun olaraq, bunu yoxlamaq, vəziyyəti izləmək, vəziyyətə nəzarət etmək öhdəliyi götürüblər. Amma gördük ki, bu, ümumiyyətlə, baş verməyib”, - Ombudsman vurğulayıb.

AzVision.az



Teqlər: Ukrayna   Əsorlər   BQXK  





Xəbər lenti