Lavrov: "ABŞ qarşısına Asiyanı özünə tabe etmək məqsədi qoyub"

 Lavrov:  "ABŞ  qarşısına Asiyanı özünə  tabe etmək məqsədi qoyub"
  24 Sentyabr 2022    Oxunub:868
"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub"
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.

AzVision.az



Teqlər: Lavrov   ABŞ   Asiya  



Xəbər lenti