Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var və bu fürsəti dəyərləndirməsi lazımdır.
Əlli ilə əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Angelesdə qətlə yetrildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-ın ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib.
AzVision.az
Teqlər: