Dron-kamikadzelər Odessaya hücum edib

   Dron-kamikadzelər Odessaya hücum edib
  25 Sentyabr 2022    Oxunub:412
Sentyabrın 25-də səhər saatlarında Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin növbəti hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

"Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.

AzVision.az

Teqlər:







Xəbər lenti